Ana Sayfa > Karusel / Dünya / M2 > Əfqan deputat evində öldürüldü

Əfqan deputat evində öldürüldü


5-06-2016, 20:57. Yazar: Xeberaz
Əfqan deputat evində öldürüldü

Əfqanıstan parlamentinin deputatı Şir Vali Vardak Kabildəki evinin önündə baş verən partlayış nəticəsində ölüb.

"Xəbəraz.az " xəbər verir ki, partlayış nəticəsində 11 nəfər də yaralanıb.

Hücumu hansı qruplaşmanın törətdiyi isə bəlli deyil.

Qeyd edək ki, Şir Vali Vardak Əfqanıstanın Təhsil nazirinin qardaşıdır. Ailəli olan deputatın 7 övladı var.

Geri dön