Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD İraqdan çıxarılır

İŞİD İraqdan çıxarılır


5-06-2016, 19:49. Yazar: Xeberaz
İŞİD İraqdan çıxarılır

İraq Silahlı Qüvvələri hərbi əməliyyatların başladığı iki həftə ərzində Fəlluca şəhərinin 47 bölgəsini İŞİD-dən azad edib.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə İraq xalq könüllülərinin komandiri Əbu Mehdi Mühəndis ictimaiyyətə məlumat verib.

Onun sözlərinə görə, Fərat çayının bir qismi istisna olmaqla, Fəlluca tamamilə mühasirəyə alınıb:

"Bura terrorçular üçün önəmlidir. Bağdada edilən hücumların 80 faizi burada planlaşdırılıb və təşkil olunub".

Qeyd edək ki, Fəlluca 2014-cü ilin mayından etibarən İŞİD-in nəzarətinə keçib. Bu il mayın 23-də terrorçulara qarşı əməliyyatlara start verilib.

Geri dön