Ana Sayfa > Karusel / Dünya / M2 > Şiə liderdən inqilab çağırışı

Şiə liderdən inqilab çağırışı


5-06-2016, 18:54. Yazar: Xeberaz

Şiə liderdən inqilab çağırışı
İŞİD terrorçularına və hökumətdəki korrupsioner İŞİD-çilərə qarşı xalq üsyanı gözləyirik.

"Xəbəraz.az " xəbər verir ki, bu sözlər İraqın şiə lideri Müqtəda əs-Sədrin yaydığı bəyanatda yer alıb.

"İraqda vəziyyət olduqca narahatvericidir. Bizə biət edənlərin xalq etirazlarına qatılmaması məni kədərləndirdi. İŞİD terrorçularına və hökumətdəki korrupsioner İŞİD-çilərə qarşı xalq üsyanı gözləyirik. Seçim xalqındır", - Sədr bildirib.

Qeyd edək ki, Müqtəda əs-Sədr İraqın ən xarizmatik dini və siyasi liderlərindən biri, şiə müqavimətinin simvoludur.
Geri dön