Ana Sayfa > Karusel / Dünya / M2 > İsveçrəlilər aylıq 2500 maaşdan imtina etdi

İsveçrəlilər aylıq 2500 maaşdan imtina etdi


5-06-2016, 18:02. Yazar: Xeberaz

İsveçrəlilər aylıq 2500 maaşdan imtina etdi
İsveçrədə hər kəsə əmək haqqı verilməsi ilə bağlı təklif referendumda rədd olunub.

"Xəbəraz.az " xəbər verir ki, təklifdə işləyən və işləməyən bütün İçveçrə vətəndaşlarına və ölkədə qanuni yolla ən azı 5 il yaşayan əcnəbilərə maaş verilməsi nəzərdə tutulurdu.

Təklifə qarşı çıxanlar bunun ölkə iqtisadiyyatına zərbə vuracağını və əhalinin könüllü şəkildə işdən çıxmasına səbəb olacağını deyiblər. Məlumata görə, bu qanun yetkinlik yaşına çatanlara 2 min 500 dollar, uşaqlara isə 625 frank verməyi təklif edirdi.

Mütəxəssislər bunun ölkə iqtisadiyyatına ildə 25 milyard frank zərər vuracağını bildiriblər.
Geri dön