Ana Sayfa > Karusel / Hadisə / M2 > Məhkəməyə hücum: Əkrəm Nicat öldürüldü

Məhkəməyə hücum: Əkrəm Nicat öldürüldü


5-06-2016, 17:42. Yazar: Xeberaz

Məhkəməyə hücum: Əkrəm Nicat öldürüldü
Taliban terror qruplaşmasının döyüşçüləri Əfqanıstanın şərqində məhkəmə binasına hücum ediblər.

"Xəbəraz.az " xəbər verir ki, hücum nəticəsində 5 nəfər öldürülüb. Öldürülənlər arasında prokuror Əkrəm Nicat da var.

Hücum Əkrəm Nicatın səlahiyyətlərinin icrasına başlamağı ilə bağlı mərasimin keçirildiyi zaman baş verib.

Hadisə zamanı 19 nəfərin də yaralandığı bildirilir. 3 terrorçu isə öldürülüb.

Geri dön