Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Qazaxıstanda atışma - Video

Qazaxıstanda atışma - Video


5-06-2016, 17:23. Yazar: Xeberaz

Qazaxıstanda atışma - Video
Qazaxıstanın Aktobe şəhərinin bir neçə rayonunda atışma gedir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Tengrinews.kz saytı məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları şəhərin 3 rayonunda – Filarmoniya, 5-ci mikrorayon və “Pallada” silah mağazasında əməliyyata başlayıb.

Hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.

Qeyri-dəqiq məlumata görə, naməlum şəxslər silah mağazasını qarət ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları evlərindən çıxmamağa çağırıb. Ticarət mərkəzxindəki insanlar təxliyyə olunur.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat verilmir.

Geri dön