Ana Sayfa > Karusel / Təhsil / Maraqlı / M2 / Ekskluziv > Rauf Qərib Alagöz

Rauf Qərib Alagöz


14-03-2015, 21:34. Yazar: Xeberaz
Rauf Qərib Alagöz
ÜZÜLMƏ.

Tale dəftərimiz belə yazılıb,
Üzülmə sevdiyim, üzülmə bəsdi.
Bəlkə də, bu həyat bizimki deyil,
Ya da ki, göylərdən bizlərə qəsddi.
Üzülmə sevdiyim, üzülmə bəsdi.

Bircə yaşamlıqdı bu fani həyat,
Qoymayır yaşayaq firavan, rahat.
Acığa dirənək ona milyon qat,
Ağlamaq, sızlamaq vallah əbəsdi.
Üzülmə sevdiyim, üzülmə bəsdi.

Məhəbbət zəfərin çalacaq bir gün,
Bu həyat arxada qalacaq bir gün.
Bizim də dünyamız olacaq bir gün,
Buna inanıram, sanma həvəsdi.
Üzülmə sevdiyim, üzülmə bəsdi.
Geri dön