Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğandan Məhəmməd Əli mesajı - Foto

Ərdoğandan Məhəmməd Əli mesajı - Foto


5-06-2016, 00:09. Yazar: Xeberaz

Ərdoğandan Məhəmməd Əli mesajı - Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parkinson xəstəliyindən 74 yaşında həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əli üçün şəxsi Tvitter hesabından mesaj paylaşıb.

Musavat.com-un məlumatına görə, Prezident Ərdoğan Məhəmməd Əlinin dünyasını dəyişməsi ilə bağlı bunları yazıb: “Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi”.

Məşhur idmançının daim irqçiliyə qarşı vuruşduğunu qeyd edən Türkiyə dövlət başçısı yazıb: “Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq”.

Sonda R.T.Ərdoğan, “Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm”, - deyə qeyd edib.

Ərdoğandan Məhəmməd Əli mesajı - Foto
Geri dön