Ana Sayfa > Karusel / Dünya / M2 > Onun üçün çox darıxacaqlar - Tramp

Onun üçün çox darıxacaqlar - Tramp


4-06-2016, 23:56. Yazar: Xeberaz
Onun üçün çox darıxacaqlar - Tramp

O, həqiqətən də möhtəşəm çempion və əla insan idi. Hər kəs onun üçün darıxacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bu gün vəfat edən əfsanəvi boksçu Məhəmməd Əli haqqında deyib.

Qeyd edək ki, Tramp bir neçə ay əvvəl Prezident Barak Obamanın “Bir çox amerikalı müsəlman qəhrəman idmançılar var” sözlərinə olduqca sərt reaksiya göstərmişdi.

O, cavabında “Obama "müsəlmanlar bizim idmançı qəhrəmanlarımızdır" deyir. Hansı idmandan və kimdən bəhs edir” - deyə bildirmişdi.
Geri dön