Ana Sayfa > Karusel / Maraqlı / M2 > Bakıda “Yalan illuziyası 2”

Bakıda “Yalan illuziyası 2”


4-06-2016, 22:01. Yazar: Xeberaz

Bakıda “Yalan illuziyası 2”
Azərbaycanda son ayların ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişi dünya premyerasından 3 gün öncə “CinemaPlus” kinoteatrında keçiriləcək. Aile.lent.az-ın məlumatına görə, filmin rejissoru Con M. Cudur. Ekran əsərində baş rolları Deniel Redkliff, Mark Rufallo, Lizzi Kaplan, Morqan Friman, Maykl Keyn və başqaları oynayır.
Filmdə “Dörd atlı”, yəni dünyanın ən yaxşı illüziyaçılar komandası yenidən toplaşıblar. Onların “magiyası” daha da müasir olub, düşmənləri isə təhlükəli. Bu dəfə onlar öz şöhrətlərini qorumalı və qəddar texnomaqnatı ifşa etməlidirlər.
Premyera iyunun 6-sı saat 19:00-da olacaq.
Geri dön