Ana Sayfa > Karusel / Dünya / M2 > Obama Məhəmməd Əli haqqında: "Sarsıtdı..."

Obama Məhəmməd Əli haqqında: "Sarsıtdı..."


4-06-2016, 21:20. Yazar: Xeberaz
Obama Məhəmməd Əli haqqında: "Sarsıtdı..."

Məhəmməd Əli dünyanı dərindən sarsıtdı.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama əfsanəvi müsəlman boksçu Məhəmməd Əlinin vəfatına münasibət bildirərkən deyib.

“Bu dünyada hamı kimi həyat yoldaşım Mişel və mən də Məhəmməd Əlinin yasını saxlayırıq. O dünyanı dərindən sarsıtdı. Bu səbəbdən dünya daha yaxşıdır. Hamımız buna görə daha yaxşıyıq. Mişel və mən onun ailəsinə başsağlığı verib, nur içində yatması üçün dualar edəcəyik”, - Obama bildirib.

Qeyd edək ki, parkinson xəstəliyindən əziyyət çəkən 74 yaşlı boksçu Məhəmməd Əli bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Geri dön