Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda sərnişin avtobusu qəzaya uğradı: 2 ölü

Bakıda sərnişin avtobusu qəzaya uğradı: 2 ölü


4-06-2016, 20:47. Yazar: Xeberaz

Bakıda sərnişin avtobusu qəzaya uğradı: 2 ölü
Bakı şəhəri, Qaradağ rayonunda “Mersedes” markalı minik avtomobili ilə “İSUZU” markalı sərnişin avtobusu toqquşub.

"Xəbəraz.az " FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib. Məlum olub ki, “Mersedes” markalı avtomobil deformasiyaya uğrayıb və içərisində olan 2 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:02-də başa çatıb.
Geri dön