Ana Sayfa > Karusel / Hadisə / M2 > Avtomobillərə qənim kəsilən şəxs tutuldu - Bakıda

Avtomobillərə qənim kəsilən şəxs tutuldu - Bakıda


4-06-2016, 19:17. Yazar: Xeberaz
Avtomobillərə qənim kəsilən şəxs tutuldu - Bakıda
Bakıda avtomobil oğrusu tutulub.

"Xəbəraz.az " Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyunun 2-də saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsindən qəsəbə sakini Valeh Mustafayevə məxsus "VAZ-21013" markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş Bakı şəhər sakini Məlikməmməd Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə təhvil verilib.

Geri dön