Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyadan təhlükəli bəyanat

Rusiyadan təhlükəli bəyanat


4-06-2016, 16:44. Yazar: Xeberaz
Rusiyadan təhlükəli bəyanat

Rusiya öz həmvətənlərinin xaricdə haqlarının müdafiəsi üçün fəaliyyətini artırmalıdır.
"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko “Rus dünyası: Problemlər və perspektivlər” konfransında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, dünyadakı vəziyyətin dəyişdiyi zamanda Moskva köhnə şablonlarla hərəkət edə bilməz:

“Xaricdə yaşayan rusların təşkilatları onların haqları və maraqlarına mənfi təsir edən ölkələrin dövlət orqanlarının qərarlarına təsir etməyi bacarmalıdırlar. Rus dünyası qlobal faktor olmalıdır”.

Qeyd edək ki, Rusiya artıq bir neçə ildir “rus dünyası” siyasətini tətbiq edir. Bu ideologiyaya əsasən, Moskva bütün dünyada, xüsusilə postsovet məkanında yaşayan rusları öz maraqlarına uyğun olaraq ətrafında toplayır. Mənbələr Rusiyanın bu siyasəti 2008-ci ildən tətbiq etdiyini iddia edir. Bəzi postsovet ölkələri Moskva ilə uzlaşsalar da, rəsmən bu siyasətdən özlərini siğorta etməyə çalışırlar.
Geri dön