Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistanda dövlət binasında partlayış

Ermənistanda dövlət binasında partlayış


4-06-2016, 13:00. Yazar: Xeberaz
Ermənistanda dövlət binasında partlayış

Bu gecə Ermənistanın Vanadzor şəhərindəki Vergi Müfəttişliyinin binası qarşısında partlayış olub.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Polisi yayıb. Partlayış binanın önündə yerləşən zibil qutusundakı naməlum predmetin partlaması nəticəsində baş verib. Binanın giriş qapısı və damı dağılıb.

Hazırda hadisə yerinə polislər toplaşıb. Hələlik kimin və niyə binanı partlatmaq istədiyi bəlli deyil.

Zərərçəkənlər barədə məlumat verilmir.


Ermənistanda dövlət binasında partlayış
Ermənistanda dövlət binasında partlayış
Geri dön