Ana Sayfa > Karusel / Hadisə / M2 > Öz evindən 40 minlik qızıl oğurladı

Öz evindən 40 minlik qızıl oğurladı


4-06-2016, 12:35. Yazar: Xeberaz
Öz evindən 40 minlik qızıl oğurladı
Masallı polisi evindən oğurluq olunduğu barədə yalan məlumat verən şəxsi ifşa edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatına görə, Masallı şəhər sakini, 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyaları və 5 min manat pul oğurlanıb. Polisin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq faktının ev sahibinin köməyi ilə həyata keçirildiyi müəyyənləşdirilib.

Belə ki, İ. Şükürovun yaxın dostu, 48 yaşlı Əli Baratxan oğlu Şahbazov şübhəli şəxs qismində saxlanılıb. İstintaqın gedişində ev sahibi ilə Ə.Şahbazovun əlbir olduğu, İ. Şükürovun öz mənzilinin açarını birbaşa Ə.Şahbazova verdiyi müəyyənləşdirilib.

Araşdırmalardan o da məlum olub ki, İ. Şükürov ailəsi ilə birlikdə toy mərasimində iştirak etdiyi zaman Ə. Şahbazov onun evinə girərək oğurluq edib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Geri dön