Ana Sayfa > Karusel / Hadisə / M2 > Balakəndə 22 yaşlı gənc özünü bıçaqladı
Balakəndə 22 yaşlı gənc özünü bıçaqladı4-06-2016, 03:31. Yazar: Xeberaz |
22 yaşlı Balakən rayon sakini özünü bıçaqlayıb. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, iyunun 3-ü axşam saat 18 radələrində rayonun Talalar kənd sakini, 1994-cü il təvəllüdlü Fərid İnqilab oğlu Bayramov qarın boşluğunun kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, əsəb xəstəliyindən əziyyət çəkən 22 yaşlı Fərid Bayramov özü-özünə bıçaqla xəsarət yetirib. Fərid Bayramovun üzərində cərrahiyə əməliyyatı olunub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. Geri dön |