Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakının yolları iflic oldu

Bakının yolları iflic oldu


3-06-2016, 20:38. Yazar: Xeberaz

Bakının yolları iflic oldu

Bakının bir çox prospektlərində hazırda görünməmiş tıxac yaşanır.

"Xəbəraz.az " xəbər verir ki, şəhərin şimal girişi, 20 Yanvar dairəsi, Tiflis prospekti, Dərnəgül şossesi, Koroğlu dairəsi və bu prospekt və şosseyə birləşən yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

Tıxacda qalan oxucularımızın verdiyi məlumata görə, 2 saata yaxındır şəhər istiqamətində tıxac yolu tam bağlayıb. Axşam saatları olmasına rəğmən, hələlik sıxlıq nisbi də olsa azalmayıb.

Bakıda nəqliyyatın hərəkətini tam iflic edən bu cür nadir tıxacın səbəbi bilinmir.
Geri dön