Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya Ukrayna sərhədinə də ordu yeritdi

Rusiya Ukrayna sərhədinə də ordu yeritdi


3-06-2016, 18:28. Yazar: Xeberaz
Rusiya Ukrayna sərhədinə də ordu yeritdi

Rusiya NATO-nun Şərqi Avropada aktivliyinin artması ucbatından qərb istiqamətində fəaliyyətini gücləndirib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Agentlik bununla əlaqədar hazırda 23-cü motoatıcı briqadanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində yerləşdirildiyini bildirib. 28-ci motoatıcı briqada isə Bryansk vilayətində yerləşdirilib.

Qeyd edək ki, bundan öncə Ukrayna mətbuatı Bryansk vilayətinə rus ordusunun yeridildiyi haqqında məlumat yaysa da, Moskva bu informasiyanı təkzib edib. Bryansk vilayəti Belarus və Ukrayna sərhədində yerləşir.
Geri dön