Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Alman şərhçidən Bundestaqa ”soyqırım” dərsi - Video

Alman şərhçidən Bundestaqa ”soyqırım” dərsi - Video


3-06-2016, 16:50. Yazar: Xeberaz
Alman şərhçidən Bundestaqa ”soyqırım” dərsi - Video

Almaniya Bundestaqının “erməni soyqırımı”nı tanımasından sonra ölkənin ADR kanalında 2015-ci ilin aprelində yayımlanan proqram yenidən gündəmə gəlib.

"Xəbəraz.az " xəbər verir ki, türkiyəli istifadəçilərin sosial şəbəkələrdə paylaşdığı proqramda aparıcı Monika Vaqner Almaniyanın 1915-ci il hadisələrinə yanaşmasını tənqid edir.

Vaqner Bundestaqın 1915-ci il hadisələrini “soyqırım” kimi qəbul etməyə çalışdığını, lakin Almaniyanın 1904-cü ildə cənub-qərbi Afrikada Herero və Namakalılara qarşı törətdiyi qətliamı görməzlikdən gəldiyini bildirir.

Qeyd edək ki, bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilib.

Geri dön