Ana Sayfa > Karusel / Dünya / M2 > İran generalları İŞİD əməliyyatında

İran generalları İŞİD əməliyyatında


3-06-2016, 16:47. Yazar: Xeberaz
İran generalları İŞİD əməliyyatında
İraqın Fəllucə şəhərində İŞİD-ə qarşı başladılan əməliyyatlara İranın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur və SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymani də qatılıb.

"Xəbəraz.az " xəbər verir ki, İran mediası Pakpur və Süleymaninin əməliyyatlarda iştirak etməsini göstərən foto paylaşıb.

Qeyd edək ki, Fəllucə 2014-cü ilin yanvarında İŞİD tərəfindən tutulub. 2016-cı il mayın 23-də şəhəri geri almaq üçün İraq ordusu əməliyyatlara start verib. Ordu 2 gün öncə şəhərin mərkəzinə girməyi bacarıb. İŞİD-in şəhərin azad olunmamış bölgələrində uşaqlardan canlı qalxan kimi istifadə etdiyi bildirilir.
Geri dön