Ana Sayfa > Karusel / Dünya / M2 > Parisdə beynəlxalq forum start götürdü

Parisdə beynəlxalq forum start götürdü


3-06-2016, 16:33. Yazar: Xeberaz
Parisdə beynəlxalq forum start götürdü

Parisdə Yaxın Şərq böhranının müzakirəsinə həsr ediləcək beynəlxalq konfransın keçirilməsi sözügedən region üçün böyük şansdır.

"Xəbəraz.az " CNN-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidenti Fransua Olland Paris forumunun açılışında çıxış edib.

Əgər konfrans öz işini ciddi və məqsədyönlülüklə davam etdirərsə, Yaxın Şərqə böyük faydaları dəyəcək”, – deyə prezident bildirib.

Qeyd edək ki, Parisdə bu gün start götürən beynəlxalq forumda 26 dövlətdən nümayəndələr, o cümlədən BMT-nin Baş katibi Pan Gi Mun, Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini iştirak edir.

Geri dön