Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR

Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR


3-06-2016, 15:07. Yazar: Xeberaz
Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR
Mayın 1-də Bakı bulvarında intihar edən şəxsin kimliyi müəyyən edilib. hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrrının arxasında özünü dənizə ataraq intihar edən şəxsin Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Qafarov olması müəyyən edilib.

Bildirilir ki, R.Qafarovun psixi problemləri olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*****

1 may

Bu gün Bakı bulvarında intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, saat 08:30 radələrində Dənizkənarı Milli Parkın ərazisində, Kukla Teatrının arxa hissəsində 25-30 yaşlı kişi özünü dəniz atıb. Dərhal parkın mühafizəçiləri və xilasedicilər kömək etməyə çalışsalar da, üzə bilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxsin meyiti sudan çıxarılıb. Meyit 1 saylı şəhər xəstəxanasının morquna aparılıb.

İlkin olaraq ölən şəxsin üzərindən hər hansı sənəd tapılmayıb. Faktla bağlı araşdırmalar aparılır.
Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR
Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR
Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR
Geri dön