Ana Sayfa > Karusel / Dünya / M2 > Bundestaq Türkiyəyə düşmənçilik etdi - Davudoğlu

Bundestaq Türkiyəyə düşmənçilik etdi - Davudoğlu


2-06-2016, 22:40. Yazar: Xeberaz
Bundestaq Türkiyəyə düşmənçilik etdi - Davudoğlu
Almaniya Bundestaqının 1915-ci ildə nələrin yaşandığını görməzdən gələrək özünü məhkəmə yerinə qoyması qəbuledilməzdir.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu Tvitter hesabında yazıb.

“Əziz millətimizin tarix boyu mərhəmət abidəsi olmağına bütün dünya şahiddir. Tarixi əlaqələrə malik olan türk-alman cəmiyyəti arasındakı dostluğun müəyyən zamanlarda korlanmasını şiddətlə qınayıram. Bundestaqdan gözləntimiz Türkiyəyə düşmənlik etmək deyil, islamafobiya ilə mübarizədə lazımi addımların atılmasıdır”, - Davudoğlu bildirib.

Qeyd edək ki, bu gün Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edilib.

Geri dön