Ana Sayfa > Karusel / Dünya / M2 > Rusların əsas dost və düşmənləri bəlli oldu

Rusların əsas dost və düşmənləri bəlli oldu


2-06-2016, 15:44. Yazar: Xeberaz

Rusların əsas dost və düşmənləri bəlli oldu
Rusiyalılar ölkə üçün ABŞ, Ukrayna və Türkiyəni əsas düşmən hesab edirlər.

"Xəbəraz.az " xəbər verir ki, bu nəticə “Levada çentr” təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 72%-i Rusiyanın əsas düşməni kimi ABŞ-ı göstərib. Bundan sonrakı yeri 48% səslə Ukrayna (keçən il bu göstərici 37% idi – red.) tutub. Türkiyə isə siyahıda üçüncü yerdə qərarlaşıb. Rusların 29%-i Ankaranı (keçən il bu göstərici 1% idi – red.) əsas düşmənlər siyahısında görüblər.

Rusların fikrincə, Moskvanın əsas dostları Belarus, Qazaxıstan və Çindir. Maraqlı məqam orasındadır ki, bu il Çini ölkənin dostu hesab edənlərin sayı 43%-dən 34%-ə düşüb.
Geri dön