Ana Sayfa > Karusel / Hadisə / M2 > Qobustan və Əmircanda qəza: Ölən var

Qobustan və Əmircanda qəza: Ölən var


2-06-2016, 15:18. Yazar: Xeberaz
Qobustan və Əmircanda qəza: Ölən var

İyunun 1-də saat 16:00-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qəsəbə sakini Məlik Aslanov idarə etdiyi “Mersedes” markalı avtomobili aşırıb və hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Başqa bir yol-nəqliyyat hadisəsi Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib.

İyunun 1-də saat 22:00-də müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Günel İbadova vurulub və xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri dön