Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Bakıda "Leksus" divara çırpıldı - Video

Bakıda "Leksus" divara çırpıldı - Video


2-06-2016, 14:52. Yazar: Xeberaz
Bakıda "Leksus" divara çırpıldı - Video

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az "xəbər verir ki, qəza paytaxtın Akademik Həsən Əliyev küçəsində, "Kral" şadlıq sarayının yanında, təzə inşa edilmiş tuneldə törədilib.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan "Leksus 570" markalı avtomobil tunelin divarına çırpılıb, sonra tullanaraq əks hərəkət zolağına çıxıb.

Hadisə nəticəsində yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və yol patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Qəza nəticəsində həmçinin tunelin divarı dağılıb, avtomobilin ön hissəsi tamamilə əzilib.

Polis araşdırma aparır.

Geri dön