Ana Sayfa > Karusel / Dünya / M2 > Yüksək rütbəli hərbçi rüşvət alarkən yaxalandı

Yüksək rütbəli hərbçi rüşvət alarkən yaxalandı


2-06-2016, 12:26. Yazar: Xeberaz
Yüksək rütbəli hərbçi rüşvət alarkən yaxalandı
Ermənistanda yüksək rütbəli hərbçi həbs olunub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, İrəvanın Maştots rayonunun hərbi komissarlığının şöbə rəisi, podpolkovnik Şant Avetisyan 5 min dollar rüşvət alarkən saxlanılıb.

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiq edib. O bildirib ki, əməliyyatı Ermənistan Müdafiə Nazirliyi Hərbi polisinin operativ qrupu həyata keçirib.
Geri dön