Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Dağıstanda iki kənd arasında kütləvi dava - Video

Dağıstanda iki kənd arasında kütləvi dava - Video


1-06-2016, 22:54. Yazar: Xeberaz
Dağıstanda iki kənd arasında kütləvi dava - Video
Dağıstanın Babayurtovski rayonunun “Xasanay” və “Krasnıy oktyabr” kənd sakinləri bu yaşayış məntəqələri arasında yerləşən torpaq sahəsindən istifadəyə görə kütləvi dava salıblar.

"Xəbəraz.az " xəbər verir ki, mübahisəni həll etmək üçün Dağıstan hakimiyyəti məhkəmənin qərarı olmadan bu torpaqlardan istifadə etməyi qadağan edib.

İki kənd arasında kütləvi davanın videosu mayın 31-də Yutub portalında yerləşdirilib.

Dağıstan DİN asayişi bərpa etmək üçün hadisə yerinə 85 OMON əməkdaşını göndərib. Hüquq-mühafizə orqanlarına müqavimət göstərən 5 dava iştirakçısı saxlanılıb.

Bildirilir ki, davadan sonra Xasanay kənd sakinləri yaşayış məntəqələrini birləşdirən körpünü demontaj ediblər.

Geri dön