Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə nöqtəni qoydu: Dəyişdirilməyəcək

Türkiyə nöqtəni qoydu: Dəyişdirilməyəcək


1-06-2016, 21:02. Yazar: Xeberaz

Türkiyə nöqtəni qoydu: Dəyişdirilməyəcək

Türkiyə konstitusiyasının terrora qarşı mübarizə ilə bağlı heç bir maddəsində dəyişiklik olmayacaq. Biz hərtərəfli terror hücumları ilə qarşı-qarşıyayıq.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Brüsseldə səfərdə olan Türkiyənin Avropa Birliyi İşləri üzrə naziri Ömər Çəlik Türkiyə-AB arasında viza sisteminin sadələşdirilməsi prosesini şərh edərkən deyib.

“PKK, İŞİD və DHKP-C kimi terror qruplaşmaları Türkiyəyə qarşı hücumlar həyata keçirir. Biz bu kimi terror hücumları ilə üz-üzə olduğumuz halda konstitusiyada terrorla bağlı maddələri necə dəyişdirə bilərik? Bu, adekvat yanaşma deyil”, - Çəlik bildirib.

Nazir bildirib ki, ən mühümü demokratik dəyərlərin və təhlükəsizlik amilinin qorunmasıdır.

Geri dön