Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Rusiya və Türkiyə tanklarının müqayisəsi - Video
Rusiya və Türkiyə tanklarının müqayisəsi - Video1-06-2016, 20:59. Yazar: Xeberaz |
Yutub portalında Rusiyanın T-90 tankı ilə Türkiyənin “Altay” tankının müqayisəsini əks etdirən maraqlı video yayımlanıb. "Xəbəraz.az "xəbər verir ki, T-90 Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. Körfəz müharibəsində (1990-1991-ci illər – red.) T-72-lərin ABŞ-ın Abrams M1A1 tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanıb. T-90 tankları 5 km uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanına malikdir. Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan “Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır. T-90 tanklarının çəkisi 50 tondur, heyəti isə 3 nəfərdən ibarətdir. “Altay” Türkiyənin 3-cü nəsil müharibə tankıdır. Tanka Qurtuluş savaşında süvari alayın komandiri olmuş Fəxrəddin Altayın adı verilib. Tankın kütləvi istehsalına 2018-ci ildə başlanması planlaşdırılıb. İlk mərhələdə türk ordusu üçün 250 tank istehsal olunacaq. Ağırlığı 65 tondur, heyəti isə 4 nəfərdən ibarətdir. Geri dön |