Ana Sayfa > Karusel / Hadisə / M2 > Özünü xəstəxanadan atan şəxs əvvəl özünü doğrayıb - Yeniləndi

Özünü xəstəxanadan atan şəxs əvvəl özünü doğrayıb - Yeniləndi


1-06-2016, 19:40. Yazar: Xeberaz
Özünü xəstəxanadan atan şəxs əvvəl özünü doğrayıb - Yeniləndi
Balakəndə intihara cəhd olub.

Şahidlərin APA-nın yerliu bürosuna verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb.

Xəstəxanadan bildirilib ki, Z.Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

19:19

Balakən rayon sakini intihara cəhd etməzdən əvvəl özünü bıçaqlayıb.

Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasından bildirilib.

Məlumata görə, Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov özünü atmazdan əvvəl qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib, boğazını kəsib.
Geri dön