Ana Sayfa > Karusel / Gündəm / M2 > CESD əlillərlə bağlı təlimlərə start verdi

CESD əlillərlə bağlı təlimlərə start verdi


1-06-2016, 17:05. Yazar: Xeberaz
CESD əlillərlə bağlı təlimlərə start verdi

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) “Azərbaycanda vətəndaş cəmiyyəti-media-hökumət və özəl sektorun səyləri ilə hərəkət imkanları məhdud insanların yaşam şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunmasının gücləndirilməsi” layihəsi çərçivəsində təlimlərə başlayıb.
"Xəbəraz.az " xəbər verir ki, layihə çərçivəsində iyunun 2-də Şəmkirdə, iyunun 3-də isə Goranboyda hərəkət imkanları məhdud insanlar üçün “Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik” mövzusunda təlim keçiriləcək.

Təlim zamanı mövcud Ombudsman təssisatının əlillərin fəaliyyətinin qorunmasında rolu, eyni zamanda, əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar müzakirə olunacaq.

Təlimdə əliliyi olan insanlar, eləcə də rayon icra hakimiyyəti, ƏSMM və Məşğulluq mərkəzinin nümayəndələri ilə birlikdə 25 nəfərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, CESD-in icra etdiyi bu layihə çərçivəsində ilk təlim Gəncədə keçirilib.
Geri dön