Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədən Rusiyaya əks həmlə

Türkiyədən Rusiyaya əks həmlə


1-06-2016, 16:41. Yazar: Xeberaz

Türkiyədən Rusiyaya əks həmlə
Türkiyə bu gündən etibarən Rusiyadan gələn TIR-ların sürücülərinə viza tətbiq etməyə başlayıb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə ictimaiyyətə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin rəsmisi Fateh Şənər məlumat verib.

Onun sözlərinə görə, Türkiyə TIR-larının sürücülərinin vizaları olmalarına baxmayaraq, Rusiyaya girə bilmirlər:

“Bu ilin ilk 4 ayında Rusiyadan Türkiyəyə 580 TIR keçib. Lakin əks istiqamətdə bu rəqəm sıfırdır”.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rusiya 2016-cı il yanvarın 1-dən etibarən Türkiyə vətəndaşlarına viza tətbiq edib.
Geri dön