Ana Sayfa > Karusel / Hadisə / M2 > Həbsxanada dustaq yoldaşının başına stul çırpdı, 8 il iş aldı

Həbsxanada dustaq yoldaşının başına stul çırpdı, 8 il iş aldı


1-06-2016, 13:52. Yazar: Xeberaz
Həbsxanada dustaq yoldaşının başına stul çırpdı, 8 il iş aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində dustaq yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Famil Qədirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. HAkimlər kollegiyasının hökmü ilə F.Qədirov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssəsində baş verib. F.Qədirov dustaq yoldaşı Raqif Məmmədovu stulla vurub. Raqif Məmmədov ağır xəsarət alıb.



Onu da qeyd edək ki, F.Qədirov əvvəllər CM-nin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri dövriyyəsində) təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Geri dön