Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakı-Quba yolunda qəza: yaralı var

Bakı-Quba yolunda qəza: yaralı var


1-06-2016, 13:49. Yazar: Xeberaz
Bakı-Quba yolunda qəza: yaralı var

Siyəzəndə, Bakı-Quba yolunun 115-ci kilometrliyində vətəndaşlara məxsus “Toyota” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib.
"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:53-də başa çatıb.
Geri dön