Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Rusiya ilə birgə araşdırma aparacaq

ABŞ Rusiya ilə birgə araşdırma aparacaq


1-06-2016, 06:56. Yazar: Xeberaz

ABŞ Rusiya ilə birgə araşdırma aparacaq

ABŞ nümayəndələri Rusiya tərəfi ilə birlikdə Suriyanın İdlib şəhərindəki xəstəxanaya hava zərbəsi endirənlərin müəyyənləşdirilməsi ilə məşğul olacaqlar. "Xəbəraz.az "ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

“Atəşkəs rejimi çərçivəsində baş verənlərin araşdırılmasında biz Rusiya ilə sıx əməkdaşlığı davam etdirəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Suriyanın İdlib şəhərindəki xəstəxanaya hava zərbəsinin endirilməsi nəticəsində 28 mülki şəxs həlak olub. Hava hücumunun kim tərəfindən törədildiyi hələ də məlum deyil.
Geri dön