Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya aviasiyası İŞİD-in neft obyektlərini bombadı

Rusiya aviasiyası İŞİD-in neft obyektlərini bombadı


1-06-2016, 06:53. Yazar: Xeberaz
Rusiya aviasiyası İŞİD-in neft obyektlərini bombadı

Rusiyanın “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın Rakka şəhəri yaxınlığındakı neft obyektlərini bombalayıb. APA-nın " verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Rusiya aviasiyası İŞİD terrorçularının iqtisadi bazasının sıradan çıxarılmasına dair tapşırıqları yerinə yetirməkdə davam edir. “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının Rakka şəhərindən 42 km cənub-qərbdə yerləşən Ət-Taura yaşayış məntəqəsi yaxınlığındakı qeyri-qanuni neft obyektlərini məhv edib”, - deyə məlumatda qeyd olunur.
Geri dön