Ana Sayfa > Karusel / Hadisə / M2 > Gəncə sakini bıçaqlandı

Gəncə sakini bıçaqlandı


1-06-2016, 06:46. Yazar: Xeberaz
Gəncə sakini bıçaqlandı
Gəncədə xəstəxanaya bıçaq xəsarəti almış şəxs gətirilib.

APA-nın məlumatına görə, Gəncə sakini, 1959-cu il təvəllüdlü Fazil Hüseynov qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Yaralını xəstəxanaya gətirənlər bildirib ki, hadisə Daşkəsənin Xoşbulaq kəndində qeydə alınıb.

F.Hüseynov kənddə yeyib-içdikdən sonra bıçaqla özünə xəsarət yetirib. Onun hadisəni içkili vəziyyətdə törətdiyi bildirilir.

Geri dön