Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > Nepalda baş verən 7,9 ballıq zəlzələnin qurbanlarının sayı 6 minə çatır.

Nepalda baş verən 7,9 ballıq zəlzələnin qurbanlarının sayı 6 minə çatır.


30-04-2015, 20:41. Yazar: Xeberaz
Nepalda baş verən 7,9 ballıq zəlzələnin qurbanlarının sayı 6 minə çatır.


Xeberaz.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Nepalın Baş nazir müavini Bam Dev Qautam açıqlamasında ölü sayının 5 min 825 nəfər, yaralı sayının 8 min nəfər olduğunu bildirib. O, ölənlərin 10 minə çatmasından narahatlığını dilə gətirib.

Zəlzələdən sonra ABŞ, Rusiya və Avropa ölkələri ilə yanaşı, 50-dən çox ölkə Nepala humanitar yardım göndərib.

Qeyd edək ki, Nepaldakı təbii fəlakət bölgəsindən Azərbaycan və Gürcüstan vətəndaşlarını təxliyə edən təyyarə paytaxt Katmandudan Bakıya yola düşüb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarədə 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı var.
Geri dön