Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğandan Putin açıqlaması: "Bir pilotun səhvi..."

Ərdoğandan Putin açıqlaması: "Bir pilotun səhvi..."


31-05-2016, 22:34. Yazar: Xeberaz
Ərdoğandan Putin açıqlaması: "Bir pilotun səhvi..."

Bizdən necə bir ilk addım gözlənilir, anlamaqda çətinlik çəkirəm.

"Xəbəraz.az "xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfəri öncəsi İzmirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz Türkiyə olaraq günahkar kürsüsündə oturan bir ölkə deyilik və qətiyyən münasibətləri pozmaq istəyən bir ölkə də deyilik. Tam əksinə, Rusiya ilə münasibətlər qurmağı arzu edən bir ölkəyik. Cənab Putin ilə bizim münasibətlərimiz həqiqətən çox fərqli bir nöqtədəykən, iki yaxşı dost səviyyəsində olarkən belə bir duruma gəlmiş olmağımız, yaxud bir pilotun səhvinə görə Türkiyəni fəda etmək həqiqətən düşündürücüdür. Rusiya ilə münasibətlərimizi tamamilə yenidən inkişaf etdirmək, daha fərqli bir mövqeyə gətirmək istəyi içərsində olmağımız lazımdır", - Ərdoğan qeyd edib.
Geri dön