Ana Sayfa > Karusel / Hadisə / M2 > Şəkidə 8 tondan çox narkotik məhv edildi

Şəkidə 8 tondan çox narkotik məhv edildi


31-05-2016, 20:22. Yazar: Xeberaz

Şəkidə 8 tondan çox narkotik məhv edildi
Şəkidə polis şöbəsinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə əməliyyat keçirilib.

Kanal S (Region TV) xəbər verir ki, Şəki Polis Şöbəsindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerini müəyyən edərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Biləcik kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki aşkar edilib. Rayon polis şöbəsinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə ərazidən ümumi çəkisi 8 tondan çox narkotik tərkibli bitki yığılaraq yandırılma yolu ilə məhv edilib. RPŞ-dən bildirilib ki, rayon müxtəlif ərazilərində bitən narkotik tərkibli bitkilərin yerinə müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Geri dön