Ana Sayfa > Karusel / Dünya / M2 > Qara dəniz heç vaxt NATO gölü olmayacaq - Kreml

Qara dəniz heç vaxt NATO gölü olmayacaq - Kreml


31-05-2016, 18:13. Yazar: Xeberaz

Qara dəniz heç vaxt NATO gölü olmayacaq - Kreml
Rusiya Qara dənizdə NATO-nun həmlələrinin qarşısını almaq üçün cavab tədbirləri görəcək.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib. Onun sözlərinə görə, Rusiya heç vaxt Qara dənizin NATO gölünə çevrilməsinə izn verməyəcək:

“NATO hazırda münaqişə sxemini Qara dənizə keçirməyi planlaşdırır. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Qara dənizi Rusiya gölünə çevirmək olmaz. NATO-da yaxşı başa düşürlər ki, Qara dəniz heç vaxt NATO gölü olmayacaq. Biz bununla bağlı lazımı tədbirlər görəcəyik”.

Geri dön