Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Maral Tahirqızı həbsxanada - Video

Maral Tahirqızı həbsxanada - Video


31-05-2016, 17:36. Yazar: Xeberaz
Maral Tahirqızı həbsxanada - Video

Almadığım 20 manata görə mənə 3 il həbs veriblər.

oxu.az xəbər verir ki, “Rezonans” verilişində Xətai Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən müğənni Maral Tahirqızı deyib. Həbsxanada onun yolunu çoxdan gözlədiklərini bildirən ifaçı özünü günahsız hesab edib.

Verilişin sözügedən buraxılışı bu gün saat 23:15-də “Xəzər” televiziyasında nümayiş olunacaq.

Xatırladaq ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Geri dön