Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakının bu prospekti zülmətə qərq oldu

Bakının bu prospekti zülmətə qərq oldu


31-05-2016, 17:15. Yazar: Xeberaz
Bakının bu prospekti zülmətə qərq oldu
Artıq 10 günə yaxındır ki, Bakının Xətai rayonu Gəncə prospekti qaranlığa qərq olub.
Axar.az-a müraciət edən sakinlər bildiriblər ki, bu vəziyyət axşam saatlarında sözügedən ərazidə sürücülərə və piyadalara təhlükə yaradır.

Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu barədə onlara hər hansı bir müraciət daxil olmayıb və məsələ araşdırılacaq.

İcra Hakimiyyətindən işıqların qənaətə görə söndürülməsi də təkzib edildi.
Geri dön