Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya helikopterlərini havaya qaldırdı - İrəvanda

Rusiya helikopterlərini havaya qaldırdı - İrəvanda


31-05-2016, 16:54. Yazar: Xeberaz
Rusiya helikopterlərini havaya qaldırdı - İrəvanda
Rusiyanın Ermənistanın Erebuni aviabazasında yerləşən ordu hissələri bu gün təlimə başlayıblar.

"Xəbəraz.az "xəbər verir ki, rus pilotlar dağlıq-qayalıq ərazidə helokipterlərin eniş və qalxışını sınaqdan keçiriblər. Bu barədə Cənub hərbi dairəsindən məlumat verilib.

Döyüş təlimi zamanı Mİ-24P və Mİ-8MT daşıma helikopterlərində 50-də çox pilot havaya qalxıb. Təlimlər 1500-3000 metr yüksəklikdə həyata keçirilib.

Təlimdə dağlıq şəraitdə düşmən kolonnalarının izlənilməsi, çətin şəraitdə eniş imkanları sınaqdan keçirilib
Geri dön