Ana Sayfa > Karusel / Gündəm / M2 > Pilotlarımız Türkiyə səmasında

Pilotlarımız Türkiyə səmasında


31-05-2016, 15:54. Yazar: Xeberaz

Pilotlarımız Türkiyə səmasında
Türkiyə Respublikasının Konya şəhərində Anadolu Qartalı-2016 beynəlxalq təlimi keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir.

Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.

Təlim iyunun 10-dək davam edəcək.
Geri dön