Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Türk hərbçilər gücünü göstərdi: Ərdoğan izlədi - Video

Türk hərbçilər gücünü göstərdi: Ərdoğan izlədi - Video


31-05-2016, 14:12. Yazar: Xeberaz

Türk hərbçilər gücünü göstərdi: Ərdoğan izlədi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində keçirilən Efes-2016 beynəlxalq hərbi təlimin gedişatını izləyib.

"Xəbəraz.az " xəbər verir ki, hərbi təlimləri prezidentlə yanaşı, Türkiyənin Baş naziri Binəli Yıldırım və Baş Qərargah rəisi Hulusi Akar, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da izləyib.

Beynəlxalq tədbirdə ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusundan 800-dən çox hərbçi iştirak edir.

Xatırladaq ki, Efes-2016 təlimləri mayın 4-dən iyunun 4-nə kimi davam edəcək. Bu məqsədlə 79 xarici ölkədən 255 müşahidəçi, 22 ölkədən 192 jurnalist Türkiyəyə gəlib.

Geri dön