Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğan bu səfərə çıxan ilk Türkiyə prezidenti olacaq

Ərdoğan bu səfərə çıxan ilk Türkiyə prezidenti olacaq


31-05-2016, 12:39. Yazar: Xeberaz

Ərdoğan bu səfərə çıxan ilk Türkiyə prezidenti olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1-2 iyunda Uqanda və Keniyaya rəsmi səfər edəcək.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Ərdoğan Uqandaya səfər edən ilk Türkiyə prezidenti olacaq. Səfər çərçivəsində Ərdoğan Uqanda Prezidenti Yoveri Museveni ilə görüşəcək.

İyunun 2-də Keniyaya yollanan Türkiyə prezidenti bu ölkənin başçısı Uhuru Keniatta ilə danışıqlar aparacaq. Ərdoğanın keçirdiyi görüşlər əsnasında ikitərəfli münasibətlər və regional problemlər müzakirə ediləcək.
Geri dön