Ana Sayfa > Karusel / Dünya / M2 > Ukrayna Rusiyaya qarşı silahlanır: "2020-ci ilə qədər..."

Ukrayna Rusiyaya qarşı silahlanır: "2020-ci ilə qədər..."


31-05-2016, 09:15. Yazar: Xeberaz
Ukrayna Rusiyaya qarşı silahlanır: "2020-ci ilə qədər..."
Ukrayna Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin gəmilərini yeniləməyi və təxminən 30 yeni gəmi inşa etməyi planlaşdırır.
"Xəbəraz.az " xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Oksana Qavrılyuk məsələ ilə bağlı açıqlamasında Müdafiə Nazirliyinin sifarişi ilə Dəniz Qüvvələri üçün iki kiçik zirehli hücum kateri inşa edildiyini, dördünün də tikintisinin davam etdiyini bildirib.

2 desant gəmisinin inşası üçün "Leninskaya Kuznya" zavodu ilə müqavilə bağlandığını deyən Qavrılyuk 2020-ci ilə qədər döyüş gəmilərini yeniləməyi və təxminən 30 ədəd yeni döyüş gəmisinin inşasının planlaşdırıldığını vurğulayıb.

Geri dön